Bizə qoşulun

MÜSAHİBƏ

Turan və Tural qardaşları: “Finalda ilk onluğun içərisində olacağıq” – MÜSAHİBƏ

“Bir neçə məşhur tok-şou proqramını izləyərək, ingilis dilini mənimsəmişik”.

Bu sözləri Azərbaycanı bu il “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovlar lent.az-a müsahibədə deyiblər.

Müsahibəni təqdim edirik:

– Tural və Turan, oxşarlığınız və musiqi bacarığınızla, demək olar ki, hər kəsi təəccübləndirmisiniz. Maraqlıdır, musiqi təhsiliniz varmı?

– 2000-ci ildə Zaqatala şəhərində anadan olmuşuq və heç bir musiqi məktəbinə getməmişik. Vokal sənəti üzrə Sumqayıt Musiqi Kollecində təhsil almışıq. Xarici dili seriallara, kinolara baxaraq öyrənmişik. Bundan başqa, bir neçə məşhur tok-şou proqramını izləyərək, ingilis dilini mənimsəmişik.

– Məlumatıma görə, ata və qardaşlarınızı qəza nəticəsində itirmisiniz. Bununla bağlı həyatınızda hansı çətinliklərlə qarşılaşmısınız?

– Atamızı və özümüzdən böyük iki qardaşımızı itirməyimiz, həqiqətən də, yaşadığımız ən böyük çətinlik olub. Təbii ki, maddi sıxıntılar çəksək də, həmişə öz ayaqlarımız üzərində dayanmağa çalışmışıq. Bundan əlavə, Turan iki il hərbi xidmətdə olub. Biz həmişə bir yerdə olduğumuz üçün bu müddət ərzində çətinlik çəkdik. Yaşadığımız çətinliklərə baxmayaraq, qarşımıza məqsəd qoymuşuq ki, irəli gedəcəyik. Çünki bütün bunlar insanı zəiflətməməlidir. Əksinə, biz gücləndik və özümüzü sübut etdik.

– Deyirlər ki, əkizlər o qədər fərqli auraya sahibdirlər ki, elə bil Zaqatalada deyil, Avropada dünyaya gəliblər. Zaqatala sizin üçün nə ifadə edir?

– Zaqatalaya getdiyimiz zaman ruhumuz dincəlir. Oranın yeməkləri, təbiəti və evimiz bizim üçün əvəzolunmazdır. Zaqatalanı sevirik.

–  Bəs çatmaq istədiyiniz, ən çox xəyalını qurduğunuz nədir?

– Əfsanəyə çevrilmək istəyirik. Gələcəkdə geriyə dönüb baxdığımız zaman yüzlərlə mahnı və albomumuzun olduğunu görmək, qlobal musiqi sahəsində olmaq istəyirik. Əsas bu məqama çatmaq istəyirik. Daim yolda olmaq, dünya turuna çıxmaq arzumuzdur. Ən çox xəyalını qurduğumuz hadisə isə bir çox musiqiçilər kimi, “Grammy” səhnəsinə çıxmaqdır.

– Ölkəmizi təmsil edəcəyinizi öyrəndiyiniz an nələr yaşadınız? Sevincinizi ilk kiminlə bölüşdünüz?

– Açığı, heç kəsə zəng etmədik. Nəticə açıqlandıqdan beş dəqiqə sonra hər kəs artıq bilirdi ki, biz seçilmişik. Həmin an nə hiss etdiyimizi ancaq yaşayan bilər. Əvvəl başa düşmürdük, şokda idik. Bu hadisəyə necə reaksiya verəcəyimizi anlamırdıq. Çox fərqli bir hissdir. İndi anlayırıq ki, bu, realdır və mahnımızı bütün dünya dinləyir. Bundan başqa, bizi artıq tanıyırlar. Bunun üçün çox minnətdar və xoşbəxtik.

– Azərbaycanlı ifaçılardan kimləri dinləyirsiniz?

– Ən çox dinlədiyimiz “Rast” və “No land” qrupları, Rasim Müzəffərlidir.

– “Avroviziya 2023”dən gözləntiləriniz nələrdir? Favoritləriniz kimlərdir?

– İlk olaraq deyə bilərik ki, finala kimi gedəcəyik. Hətta finalda ilk onluğun içərisində olacağıq. Bu müsabiqəyə öz mahnımızla qatılırıq. Gəlin bununla fəxr edək və dəstək olaq. Bütün dünyaya sübut edirik ki, Azərbaycanın heç kimdən mahnı almağa ehtiyacı yoxdur. İnsanların bizə inanmağını istəyirik. Siz inanın və dəstəkləyin ki, biz də var gücümüzlə işləyək. Dünyaya Azərbaycanın nə qədər yaradıcı ruhlu, istedadlı insanlarının olmasını sübut edəcəyik.

Favoritlərimizə gəlincə isə bunlar Malta, İslandiya və İrlandiyanın təmsilçiləridir.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.

 ShekiMedia.az müsahibəni təqdim edir.

“Euronews”: Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız.

Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

“Euronews”: Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir.

Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

“Euronews”: Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi?

Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.

“Euronews”: Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.

     
Davamına bax

İDMAN

Kikboksinq üzrə altı qat dünya çempionu: “Peşəkar idmançı hər zaman səbirli olur” – MÜSAHİBƏ

Bir çox valideynlər uşaqlarının idmanla məşğul olmasını arzu edirlər. Həm sağlamlıq baxımından, həm də gələcəkdə tanınmış idmançı kimi yetişməsi üçün. Lakin bu arzusu yarımçıq qalan valideynlər də var. Sumqayıtda, Tağıyev qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi olayının ölkə gündəmini necə silkələdiyini hamımız gördük. Bu hadisədən sonra idman məşqçiləri ilə bağlı cəmiyyətdə sanki bir inamsızlıq yaranıb.

Bu cür hadisələrin ölkəmizdə idman sahəsinə təsiri ilə bağlı peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev “Kaspi” qəzetinə müsahibəsində danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Pərviz bəy, tanınmış idmançı olaraq Sumqayıtda yaşanan olay sizə necə təsir etdi?

– Döyüşdə, rinqdə insan içindəki vəhşiliyi üzə çıxarır. Amma döyüşdən sonra biz dostuq. 7 yaşlı uşağın videosuna baxdığım zaman o vəhşilik məndə də üzə çıxdı. Həmin adama bəlkə də hər şey edə bilərdim. Çünki bir uşaqla, tələbə ilə davranış qaydası bu deyil. Uşağa vurmaqla heç nə öyrətmək olmaz. Bu, sadəcə psixoloji problemdir.

– İdmanın adının bu cür məsələlərdə hallanması nə dərəcədə düzgündür?

– Bu hərəkətləri edənlər peşəkar idmançı deyillər. Peşəkar nəticələr qazanmış idmançılar nə vaxtsa dava ediblər? Küçədə kimisə döyüblər? Bu, mümkün deyil. Peşəkar idmançı hər zaman səbirlidir, öz gücünə bələddir. Cəmiyyət də bilir ki, nəticə qazanmış idmançı heç vaxt küçədə dava etmir, əksinə, üzr istəyir. Mən həmişə ehtiyat edirəm, küçədə biri söz deyəndə üzr istəyirəm. Bilirəm ki, vursam həm mənə, həm o şəxsə problem olacaq. Bu gücü Allah verib. O demək deyil ki, küçədə kimisə döyməlisən. Bunu edənlər sadəcə, özünü göstərmək, yaxud nəyisə sübut etmək istəyənlərdir. Səbir etmək lazımdır. 100 peşəkar idmançıdan maksimum 1-i psixoloji problemlidir.

– Sizcə, cəmiyyətin hörmətindən sui-istifadə edən idmançılar varmı? 

– Azərbaycanda idman, idmançı həmişə çox yüksək qiymətləndirilib. Amma idmançılar bəzən onlara göstərilən bu qayğıdan sui-istifadə ediblər. Məsələn, yol polisləri deyir ki, kimi saxlayırsan dünya çempionudur. Bu, Azərbaycan dövlətinin idmana və idmançıya verdiyi qayğıdan sui-istifadədir. Azərbaycanda kimə daş atırsan, dünya çempionudur (gülür).

– Belə sui-istifadə halları ölkədə idmanın gələcəyinə necə təsir edə bilər?

– Bu hadisələr idmanın inkişafına təbii ki, mənfi təsir edir. Məlum hadisədən sonra bir çox valideynlərin idmana güvəni azaldı. Valideynlər düşünür ki, görəsən belə halı bizim uşaqlar da yaşaya bilərmi? Onsuz da cəmiyyətdə belə fikir formalaşıb ki, idmançıdırsa, vəhşidir, özünü idarə edə bilmir. Belə hallar bu tezisi daha da gücləndirir. İdmançı küçədə kimisə döydü, qaziyə yumruq atdı, piyadanı vurdu. Bu xəbərlər normal idmana, idmançıya aid olan fikirləri də dəyişir. Cəmiyyətdə idmançıya qarşı başqa münasibət yaranır. Çempionluq, idmanda yüksəlmək istəyirsənsə, təbii ki, qətiyyətli olmalısan. Rinqdə hücum etməsən döyüşü uda bilməzsən. Mən dalaşqanam. Amma küçədə yox (gülür). Hər idmançının xasiyyəti fərqlidir. Elə idmançı var müdafiədə döyüşür. Mənə görə ən yaxşı müdafiə hücumdur. Hərə idmana bir fikirlə gedir. Mən müdafiə üçün yox, idmançı, məşhur olmaq üçün getmişəm. Məni idmana şöhrət aparıb. Uşaqlar var, çox istedadlıdır. Amma meyli küçəyə, davayadır. O uşaq məhv olur. Fikirləşmir ki, istedad sadəcə işin 20 faizidir, qalanı əziyyətdir.

– Valideynlərə uşaqlarını idmana qoymaqla bağlı hansı məsləhətləri verə bilərsiniz?

– Valideynlər öncə araşdırsınlar. Uşaqlarını apardıqları zalda məşq keçənlər kimlərdir? Oradan hər hansı çempion, tanınmış idmançı çıxıbmı? Və ya zalda kamera var, ya yoxdur? Bunlarla maraqlanmaq lazımdır. 2-3 dəfə məşqi izləməli, müəllimin davranışına baxmalıdırlar. Özünü müdafiə etmək, sağlam həyat yaşamaq üçün olsa da həm məşqçi, həm zal araşdırılmalıdır. Yaxşı idmançıdır, dünya çempionudur deyib də uşağı qoymaq olmaz. Məşqçinin heç öz nəticəsinin olmasına ehtiyac yoxdur. Şəxsi nəticələrinə deyil, tələbələrinə baxmaq lazımdır. Çünki əgər o zaldan normal bir idmançı çıxıbsa, deməli, müəllim doğru işləyir.

– Deyirsiniz ki, müəllimin öz nəticələri önəmli deyil. Amma insanlar düşünür ki, idmançıdırsa, daha yaxşı məşqçidir.

– Yaxşı idmançı yaxşı məşqçi olacaq deyə bir qanun yoxdur. Məsələn, Joze Mourinyo vaxtilə tərcüməçi olub, amma hazırda dünyanın ən yaxşı məşqçilərindəndir. Çox yaxşı məşqçilərimiz var ki, onlar idman karyerasında o qədər uğur qazana bilməyiblər. Mən yaxşı məşqçi ola bilmərəm. Uşaqla yaxşı danışa bilərəm, motivasiya verərəm, çünki bu yolları keçmişəm. Amma yaxşı məşqçi olmağa, uşaqla işləməyə səbir lazımdır. İnsanın uşaqla davranışı, ötürdüyü enerji önəmlidir. Onun qayğısına qalmaq, məşğul olmaq başqa bir şeydir. Bu, xarakterdən irəli gəlir.

– Siz müəyyən müddətdir ki, qardaş Türkiyədə yaşayırsınız. Orada idmançılara münasibətdə hansı fərqlər var?

– Türkiyədə idman dedikdə futbol yada düşür. Kollektiv idmanlara – basketbol, voleybol, futbola daha çox maraq var. Dünya çempionu dediyin zaman sənə əlçatmaz bir insan kimi baxırlar. Dünya çempionluğunun əziyyəti burada başqa cür qiymətləndirilir. Türk cəmiyyətinin gözündə başqa bir pillədəsən. Amma Azərbaycanda dünya çempionu o qədər ucuzlaşdırılıb ki, bəzi insanlar eşidəndə “hə də, dünya çempionusan” deyir.

     
Davamına bax

MANŞET

Səhiyyə Nazirliyi: “Mentol ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir”

“Mentol və nanə ətirli siqaretlər vaxtından əvvəl ölüm riskini artırır”.

Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik məlumatlarına görə, hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir. Siqaretin tərkibindəki maddələrin insan orqanizminə hansı zərəri var?

– Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir.

Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan təhlükəsiz tütünçəkmə üsuludur. Qəlyan çəkdikdə insan orqanizmi xərçəng yaradan çoxsaylı maddə qəbul edir və qanda dəm qazının səviyyəsini son dərəcədə yüksəldir. Qəlyan tüstüsündəki təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması siqaret çəkən insanlarda olduğu kimi, xəstəliklərin yaranmasına səbəb olur. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır.

– Bəs elektron siqaret və bu kimi yeni məhsullar barədə nə demək olar?

– Qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir. Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır. Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçirlər.

– İnsanlar tütün məhsullarının zərərləri haqqında lazımi qədər məlumatlıdırmı? Bu istiqamətdə hansı işlər aparılır?

– Əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması olduqca vacibdir. Ona görə də bu sahədə əhalinin məlumatlılığının artırılması tütün istehlakı normaların dəyişdirilməsi üçün zəruridir.
Maarifləndirmə, məlumatın ötürülməsi, sağlam həyat tərzinin təbliği, tütündən istifadə və tütün tüstüsünün zərərli təsirinə dair əhalinin məlumatlandırılması sağlam həyat tərzinə keçid vasitələrindən biridir. Qeyd etmək istəyirəm ki, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində müxtəlif Dövlət Proqramları çərçivəsində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən geniş tədbirlər və fəaliyyətlər görülür. Bu iş sektorlararası əməkdaşlıq prinsipi ilə həyata keçirilir, müasir texnologiyalardan və sosial şəbəkələrdən istifadə etməklə təşkil olunur və ictimaiyyət tərəfindən geniş dəstəklənir.

– Sonda tütün çəkməkdən imtina etmək istəyən oxucularımıza nə tövsiyə edərdiniz?

– Tütündən istifadə güclü asılılıq yaradır. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb.

Tütündən imtina cəhdləri bəzən uğursuz ola bilər, amma mən bu cəhdləri daha inamla təkrarlamağı tövsiyə edirəm. Əsas odur ki, insanın özündə tütündən imtina etmək istəyi olsun və bu vərdişdən qurtulmaq ümidini heç bir halda itirməsin. Tütündən imtina etmiş şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da tütün tüstüsü səbəbindən yaranan təhlükələrdən xilas edir.

Digər vacib məqam: siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil. Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq norma halını alır.

Sonda qeyd etmək istəyirəm ki, ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil tətbiq hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni istifadə etdikdə gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.

     
Davamına bax

Facebook

CƏMİYYƏT4 saat

BÜRCLƏR – 09.05.2024

QAX5 saat

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN5 saat

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL5 saat

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN6 saat

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ6 saat

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT7 saat

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT7 saat

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR7 saat

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT8 saat

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR9 saat

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT9 saat

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR9 saat

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET9 saat

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET9 saat

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT9 saat

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

MANŞET10 saat

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb – SİYAHI

XƏBƏRLƏR10 saat

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

CƏMİYYƏT11 saat

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

RƏSMİ XRONİKA11 saat

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub

XƏBƏRLƏR12 saat

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

CƏMİYYƏT13 saat

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT14 saat

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL15 saat

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

SİYASƏT15 saat

COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb

İDMAN15 saat

“Qarabağ” və “Neftçi” cərimələnib

XƏBƏRLƏR15 saat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

CƏMİYYƏT16 saat

102 yaşlı veteran təltif edilib – FOTO

İDMAN17 saat

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

CƏMİYYƏT17 saat

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

SİYASƏT17 saat

Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb

MANŞET18 saat

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

SƏHİYYƏ18 saat

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

XƏBƏRLƏR18 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)

ANA SƏHİFƏ18 saat

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO

XƏBƏRLƏR19 saat

Dələduzluq edən paytaxt sakini həbs edilib

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 08.05.2024

SİYASƏT1 gün

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub

RƏSMİ XRONİKA1 gün

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb

CƏMİYYƏT1 gün

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir – FOTOLAR

HƏRBİ6 saat

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT8 saat

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR12 saat

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

TREND