SİYASƏT
Almalı kəndinin sakinləri ilə səyyar görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Almalı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilib.
ShekiMedia.az xəbər verir ki, rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər Almalı və Dəymədağlı kəndlərini birləşdirən yolun təmir olunmasına, kənddə yeni tibb məntəqəsi binasının tikilməsinə, məktəbin tavanının təmir olunmasına, uşaq bağçasına internet xəttinin çəkilməsinə, bağçaya elektrik su qızdırıcısının verilməsinə və ondan istifadə üçün binaya 3 fazalı elektrik xəttinin çəkilməsinə, kəndin küçələrindən birində əsas qaz xəttinin yola yaxın ərazidən kənara çəkilməsinə köməklik göstərilməsi ilə bağlı olub.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib
9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.
1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.
1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.
1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
ALLAH RƏHMƏT ELƏSİN!
QAX
Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR
08 may 2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayon Heydər Əliyev Mərkəzinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib.
ShekiMedia.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müstəqil Azərbaycanın qurucusu, əvəzolunmaz lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə gənc nəsli tanış etmək olub.
Tədbirdə iştirakçılar arasında Heydər Əliyevin 101 illiyinə həsr olunmuş iki mərhələli intellektual yarış keçirilib.
Tədbirin sonunda Heydər Əliyevin həyatına həsr olunmuş ”Bir dahi ömrü “ və “ Tarix yazan imza “ adlı video çarx nümayiş etdirilib.
ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.