Bizə qoşulun

ŞƏKİ

Şəkiyə gələn əcnəbilər arasında Rusiya, Pakistan və Hindistandan olan turistlər daha çoxdur

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Dünya əhəmiyyətli tarixi memarlıq abidələri, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, yerli sənətkarların əl işlərinin satıldığı emalatxana-dükanlar, “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.

ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də Yeni il bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi – Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram tətili günlərində qoruğun ərazisinə gələnlərin, eləcə də Xan Sarayını ziyarət edənlərin əksəriyyətini yerli turistlər təşkil edir. Əcnəbi turistlər arasında isə Rusiya, Hindistan və Pakistandan gələnlər daha çoxdur. Ümumiyyətlə, bayram tətili günlərində qoruğun ərazisini gün ərzində 2-3 minədək turist ziyarət edir. Turist axınını nəzərə alaraq, Xan Sarayının qapıları səhər saat 9:00-dan axşam 18:00-dək qonaqların üzünə açıq olur.

Qoruğun direktorunun sözlərinə görə, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan Şəki pitisinə, paxlavaya, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər.

Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.

Hazırda Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisindəki şəbəkə emalatxanasında, Tarix-Diyarşünaslıq Muzeyinin binasında, Dairəvi məbəddə, həmçinin Qala divarlarında təmir-bərpa işləri davam etdirilir.

Qoruğu ziyarət edən yerli və əcnəbi turistlərlə söhbət zamanı onlar Şəkiyə səfərlərindən məmnun qaldıqlarını vurğulayıblar.

Anastasiya Blokina rəfiqəsi Anna Arifuleva ilə birlikdə Azərbaycana Rusiyanın paytaxtı Moskva şəhərindən gəlib. A.Blokina həkim, rəfiqəsi isə yazıçıdır. Rusiyalı qonaqlar Şəkidən əvvəl Bakıda olub, paytaxtın görməli yerlərini gəziblər. Rəfiqələr Yeni ili Bakı şəhərində qarşılayıblar. Azərbaycana ilk dəfə səfər etdiklərini vurğulayan Anastasiya AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Qafqazın bir çox yerlərində olmağımıza baxmayaraq, Azərbaycan özünəməxsus koloriti, qonaqpərvərliyi, insanların mehribanlığı, səmimiliyi ilə bizi özünə cəlb etdi. Şəkinin arxitekturası, qədim binaları, təbiəti möhtəşəmdir. Xan Sarayının şəbəkə pəncərələri, Yuxarı Karvansarayın arxitekturası çox xoşumuza gəldi. Sənətkarların əl işlərinə heyran qalmamaq olmur. Şəkinin milli mətbəxinə isə söz ola bilməz. Burada iki-üç gün qaldıqdan sonra yenə Bakıya qayıdacağıq”.

İstefada olan polis zabiti Əlövsət Məmmədov isə Şəkiyə ailəsi ilə birlikdə Gəncədən gəlib. Azərbaycanın bölgələrinə səfər etməyi çox xoşladığını bildirən Gəncə sakini AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Hər il bayram günlərində ailəmlə birlikdə respublikamızın müxtəlif bölgələrinə səyahətə çıxıram. Hər dəfə Şəkiyə gələndə mütləq Xan Sarayını ziyarət edirəm. Bu saray ölkəmizin ən möhtəşəm memarlıq abidələrindəndir. Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın digər bölgələri kimi, bu şəhərdə də tarixi-mədəni irsimizin qorunmasına yüksək diqqət və qayğı göstərilir”.

Şeyb Cabbar dostları ilə birlikdə Pakistandan gəlib. Şeyb hazırda Parisdə yaşayır, mühəndisdir. Dostlar Azərbaycana ilk dəfədir səfər ediblər. Təəssüratını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən pakistanlı turist deyib: “Bir neçə gündür Azərbaycandayıq. Çox gözəl ölkəniz var. Bakının görməli yerlərini gəzmişik, “Yanardağ”da olmuşuq. İnsanlarınız çox qonaqpərvərdir. Mətbəxiniz də çox xoşumuza gəldi. Müasir səviyyəli avtomobil yollarınız var. Şəkidən əvvəl Qəbələdə də olduq, oranın da çox gözəl təbiəti var. Şəhərlərinizin təmizliyi də çox xoşumuza gəldi, hara baxırsan səliqə-sahman hiss olunur. Xan Sarayı, həyətindəki 500 yaşlı xan çinarı, Yuxarı Karvansarayla tanış olmuşuq. Bələdçimiz bizə Şəkinin qədim tarixi, xanlıqlar barədə ətraflı məlumat verib. Sənətkarlıq emalatxanalarına da baş çəkdik. Yerli ustaların əl işlərini çox bəyəndik. Bir şeyə təəssüflənirik ki, qış mövsümü olmasına baxmayaraq, hələ də qar yağmayıb. Bu gözəl diyara gələcəkdə yenə də gəlməyi düşünürük”.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də bayram günlərində xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən sənətkarların dediyinə görə, işləri heç də pis getmir. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

     
Davamına bax

ELM VƏ TƏHSİL

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

Bu gün tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayevin doğum günüdür.

O, 8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbdə, 1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim, 1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi), 2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru, 2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. 2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021), Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021) ilə təltif olunub.

Ailəlidir, 2 övladı və 4 nəvəsi var.

     
Davamına bax

SƏHİYYƏ

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və “İmmunizasiya həftəsi” ilə əlaqədar regionlarda peyvəndlərin əhəmiyyətini vurğulamaq və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.

ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində keçirilir. İmmunizasiya və digər zəruri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” kampaniyası çərçivəsində kəndlərdə səyyar xidmətlər icra edir. Bundan əlavə, paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirir, onları uşaqlarını vaxtında peyvənd etməyə çağırırlar.

Tibb işçiləri üçün təşkil olunmuş təlimdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, TƏBİB-in İlkin səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva kampaniyanın yaranma tarixindən və məqsədlərindən danışıb, peyvənd olunmağın vacibliyini vurğulayıblar.

Kampaniyaya, həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb ediliblər. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak edib. Təlimlər iştirakçıların kampaniyanı effektiv şəkildə həyata keçirməsi üçün zəruri olan ən son bilik və bacarıqlarla məlumatlandırılması məqsədi daşıyır.

     
Davamına bax

Facebook

MANŞET2 saat

Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi

İDMAN6 saat

Mikayıl Cabbarov Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızı təbrik edib – FOTO

MƏDƏNİYYƏT8 saat

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

CƏMİYYƏT8 saat

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

CƏMİYYƏT9 saat

BÜRCLƏR – 10.05.2024

MANŞET10 saat

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

CƏMİYYƏT15 saat

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT24 saat

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT1 gün

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 09.05.2024

QAX1 gün

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN1 gün

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL1 gün

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN2 gün

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 gün

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR2 gün

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT2 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 gün

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT2 gün

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR2 gün

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET2 gün

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET2 gün

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT2 gün

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

MANŞET2 gün

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb – SİYAHI

XƏBƏRLƏR2 gün

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

CƏMİYYƏT2 gün

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

RƏSMİ XRONİKA2 gün

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub

XƏBƏRLƏR2 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

CƏMİYYƏT2 gün

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL2 gün

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

SİYASƏT2 gün

COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb

İDMAN2 gün

“Qarabağ” və “Neftçi” cərimələnib

XƏBƏRLƏR2 gün

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

CƏMİYYƏT2 gün

102 yaşlı veteran təltif edilib – FOTO

İDMAN2 gün

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

CƏMİYYƏT2 gün

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

SİYASƏT2 gün

Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb

CƏMİYYƏT8 saat

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL3 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ3 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT3 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

TREND