MANŞET
Azərbaycan 2024-cü il üçün prioritet XBİ istiqamətləri arasında ilk onluqdadır
“Azərbaycan 2024-cü ilə mühüm investisiya sürətiylə daxil olub və 2024-cü il üçün prioritet Xarici Birbaşa İnvestisiya (XBİ) istiqamətləri siyahısında yeddinci yeri tutur”.
Bu barədə “FDI Intelligence” məlumat yayıb.
“Foreign direct investment (FDI) Standouts Watchlist”in illik araşdırmasına əsasən, ölkənin güclü makroiqtisadi göstəriciləri Azərbaycanın dünyada aparıcı XBİ istiqamətlərindən birinə çevrilməsində əsas rol oynayıb.
XBİ tərəfindən aparılan araşdırma dünyanın 50 ən böyük XBİ istiqamətlərinin makroiqtisadi göstəricilərini və XBİ trayektoriyalarını qiymətləndirir. Tədqiqat Beynəlxalq Valyuta Fondunun (BVF) və “Financial Times” nəşrinin “FDI Markets” adlı transsərhəd investisiya monitorinqinin məlumatlarından istifadə edir. Bu hərtərəfli təhlilin məqsədi yeni təqvim ilinə güclü makroiqtisadi əsaslarla və təsirli XBİ artım templəri ilə başlayan ölkələri müəyyən etməkdir.
Qeyd edək ki, BVF 2024-cü ildə Azərbaycanın real ümumi daxili məhsulunun (ÜDM) artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
Siyahının lideri 2024-cü ildə yüksək investisiya artım templərini qoruyacaq Kambocadır. Kamboca güclü iqtisadi artım tempi, 2024-cü ildə gözlənilən ÜDM-in 6,1% artımı və Çin və Cənubi Koreya ilə uğurlu ticarət əlaqələri sayəsində siyahıya başçılıq edib.
Qeyd edək ki, “FDI Intelligence” tərəfindən tərtib edilən 2024-cü il üçün yuxarıda qeyd olunan reytinqdə Azərbaycanın Xəzər regionunda qonşusu Qazaxıstan altıncı yeri tutub.
Öz növbəsində ilk 10 ölkəyə Azərbaycan, Qazaxıstan və Kambocadan başqa Filippin, Keniya, İraq, Namibiya, Mərakeş, Serbiya və Hindistan daxil olub.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA
“Mənim İsraildən Bakıya gəlişimin səbəbi qardaşım Albert Aqarunovun ad günüdür. Demək olar ki, Bakıya tez-tez baş çəkirəm, Azərbaycan bizim də Vətənimizdir. Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə qardaşımın döyüşdüyü Şuşa şəhərində oldum. Bu mənim üçün olduqca çətin və duyğulu anlar idi”.
Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının şəhidi, milliyətcə dağ yəhudisi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.
O bundan sonra tarixi Şuşada yaşamaq istədiyini bildirib:
“Məmnuniyyətlə Şuşada yaşamaq üçün müraciət etmək istəyərəm. Mən çox istərdim ki, işğaldan azad olunmuş bütün rayonları ziyarət edim, düşünürəm ki, arzum tezliklə gerçəkləşəcək.
Bilirəm ki, Azərbaycan xalqı Albertə çox dəyər verir. Buna görə də bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Azərbaycana və Şuşaya səfəri təşkil etdiyinə görə Dövlət Komitəsinə, başda sədr Fuad Muradova dərin təşəkkürümüzü bildiririk”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
CƏMİYYƏT
Faşizm üzərində qələbədən 79 il ötür
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.
ShekiMedia.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
CƏMİYYƏT
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA
Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Şahbuz, Gədəbəy, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Xaltan, Qusar, Qrız, Göyçay, Ağsu, Şirvan, Oğuz, Qax, Naftalan, Şəmkir, Goranboy, Şabran, Altıağac, Ağdam, Kürdəmir, Yardımlı, Astarada yağış, Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.
Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Mingəçevirdə 18 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 18, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyə yaxın isti olub.