HƏRBİ
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sentyabrın 15-də saat 23:55-dən sentyabrın 16-da 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Digər xəbərlərə də bax
HƏRBİ
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsinin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Tədbirdə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunublar.
Müdafiə nazirinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması xüsusi vurğulanıb.
Hərbi xidmətdə fərqlənənlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Çıxışlardan sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Tədbir iştirakçılarına hərbi hissənin istismarında olan silah və texniki vasitələrdənn ibarət sərgi təqdim edilib. Daha sonra dəniz piyadalarının nümunəvi çıxışları izlənilib.
Sonda Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərlik mahnılarını tərənnüm edən musiqilər səsləndirilib.
CƏMİYYƏT
102 yaşlı veteran təltif edilib – FOTO
9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ShekiMedia.az-a verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb.
Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.
CƏMİYYƏT
Bu gün Vətən müharibəsi Şəhidi Kazım Məmmədsalahovun doğum günüdür
Bu gün 44 Günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Kazım Məmmədsalahovun (1989–2020) doğum günüdür.
ShekiMedia.az xatırladır ki, Kazım Məmmədsalahov 7 may 1989-cu il tarixdə Şəki rayonunun Qoxmuq kəndində anadan olub, Qoxmuq kənd orta məktəbində təhsil alıb.
2012-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kurs keçib.
2006 – 2012-ci və 2015 – 2020-ci illər arasında fərdi əməklə məşğul olub.
2005 – 2006-cı illərdə həqiqi hərbi xidmətdə olub.
2012 – 2015-cı illərdəhərbixidmətdə müddətdən artıq xidmət edib.
2020-ci ilin aprel ayında yenidən MAXE kimi ordu sıralarında xidmətə keçib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunda, o cümlədən Suqovuşanda gedən döyüşlərdə iştirak edib.
15 oktyabr 2020-ci il tarixində – 31 yaşında, Tərtər rayonunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Qoxmuq kəndinin kənd qəbiristanlığında dəfn edilib.
“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalıları ilə təltif olunub.
Ailədə bir bacı və üç qardaş olublar. Evli olub, şəhid olarkən 6 yaşında bir qızı vardı.
2021-ci ildə Qoxmuq kəndində adını daşıyan bulaq kompleksi istifadəyə verilib.