Bizə qoşulun

CƏMİYYƏT

BÜRCLƏR – 10.09.2022

Gün zəngin və əyləncəli olacaq. Ünsiyyət və yeni dostlarla tanış olmaq üçün əlverişlidir. İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür: fikir ayrılıqları keçmişdə qalacaq, birgə hərəkətlər və ümumi planlar barədə razılığa gəlmək mümkün olacaq. İşlə bağlı əvvəllər yaranmış problemləri bu gün həll edəcəksiniz. Bir çox insanlar bu gün vacib qərarlar verəcəklər. Vaxt ayırın, vəziyyəti diqqətlə öyrənməyə çalışın, yekun nəticə çıxarmazdan əvvəl müsbət və mənfi cəhətləri təhlil edin. Günorta vacib xəbərlər vəd edilir.

Qoç – Həmişəkindən daha çox işiniz olacaq, ancaq boş yerə vaxt itirməsəniz, hər şey yaxşı olacaq. Ən vacib vəzifələrin həllindən başlamaq daha yaxşıdır: səhər saatları xüsusilə əlverişli olacaq, ulduzların dəstəyi sayəsində çox şeyə nail olacaqsınız. Rəqiblər də sizin tərəfinizi tutacaq, əvvəllər anlaşa bilmədiyiniz insanlarla əməkdaşlığa dair razılaşa biləcəksiniz. Bir çox Qoçlar bu gün qeyri-adi, cəsarətli fikirlərə sahib olacaq. Digərləri dərhal onları düzgün qiymətləndirə bilməyəcəklər, lakin bir az sonra hər şeyi anlayıb kömək alacaqlar. Xoş tanışlıqlar mümkündür. Onlardan biri dostluq və ya romantik münasibətə yol aça bilər.

Buğa – Gün qeyri-sabit keçəcək. Çox güman ki, planlar dəyişdirilməli olacaq: tamamilə gözlənilməz bir şey baş verə bilər, başqalarının qayğısına qalmaq üçün öz işlərinizi təxirə salmalı ola bilərsiniz. Qərar verməkdə tələsməməyə çalışın. Düzgün cavablar həmişə üzdə olmur, vəziyyəti anlamaq üçün bir az vaxt lazımdır. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişli olacaq. Uğurlu təsadüflər, sevinəcəyiniz sürprizlər ola bilər. Romantik görüş yaxşı təəssürat buraxacaq.

Əkizlər – Ağlınızda vacib bir ideya varsa, köməkçilər axtarın. Ola bilsin ki, bu gün siz öz ideyalarınızla nüfuzlu insanları maraqlandıra, onların dəstəyini ala biləsiniz ki, bu da işinizə yarayacaq. Bəzi peşəkar tədbirlərdə, məsələn, seminar və konfranslarda iştirak etmək faydalı olacaq. Bu zaman ən etibarlı müttəfiqlərinizə çevriləcək insanlarla qarşılaşmağınız mümkündür. Təşəbbüs göstərsəniz, şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişiklik mümkün olacaq. Gün, şübhəsiz ki, Əkizlər bürcünü sevgi sahəsində də sevindirəcək: onları çoxlu xoş sürprizlər gözləyir.

Xərçəng – Tezliklə yaxınlarınızla ümumi dil tapacaqsınız, onları daha yaxşı başa düşəcəksiniz. Son zamanlar münasibətləri çətinləşdirən problemlər keçmişdə qalacaq. Gözlənilməz görüşlər ola bilər, uzun müddət haqqında heç nə eşitmədiyiniz insanlar ziyarətə gələ bilər. Köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz insanlarla barışmaq üçün münasib gündür. İşdə ciddi çətinliklərin olması ehtimalı azdır. Xırda detallara qarşı diqqətli olacaqsınız, ona görə də kiçik səhvlərə belə yol verməyəcəksiniz. Günün ikinci yarısı alış-veriş və əməliyyatlar üçün münasibdir.

Şir – Məşğul gün olacaq və parlaq hadisələr gətirəcək. Onlar yeni ideyalar verə, tanış və ya uzun müddət yeganə doğru görünən məsələlərə fərqli baxmağa kömək edə bilər. Yeni tanışlarla söhbət etmək maraqlı olacaq. Mümkündür ki, sizə uğur qazanmaq üçün necə davranacağınızı söyləyəcəklər. Qeyri-adi iş təklifləri mümkündür. Qəti cavab verməzdən əvvəl mümkün qədər çox məlumat toplayın. Ciddi öhdəliklər götürmək, yerinə yetirilməsi çətin olacaq vədlər vermək üçün yaxşı gün deyil.

Qız – Bu gün başqalarının zəif cəhətlərinə laqeydlik göstərmək o qədər də asan olmayacaq, amma yenə də bunu etməyə çalışın. Xüsusilə səhər saatlarında başqalarının səhvləri ucbatından çətinliklər yaşayacağınız zaman başqaları ilə münasibətlər gərgin ola bilər. Ancaq cəhd etsəniz, bütün gərginliklər yuçşaldıla bilər. Günün ikinci yarısı birinci ilə müqayisədə daha zəngin və məhsuldar olacaq. Çətin bir tapşırığın öhdəsindən gəlmək və ya çox çətin görünən, lakin eyni dərəcədə faydalı olan bir şeyi öyrənməyə başlamaq üçün çox uyğundur.

Tərəzi – Ola bilsin ki, faydalı əlaqələr quracaqsınız. Onların sayəsində qarşınızda yeni perspektivlər açılacaq. Sizin üçün çox sərfəli şərtlərlə əməkdaşlığın başlanğıcı istisna edilmir və sürətli karyera yüksəlişi mümkündür. Bu gün iş kimi başlayan münasibətlər sonda romantik ola bilər. Bu gün yaxınlarınızla münasibət qurmaq həmişəkindən daha asan olacaq: onları mükəmməl başa düşəcəksiniz. Günorta ailəvi səfərlər və əyləncələr üçün əlverişlidir. Kiçik bir ev məclisi üçün bir fürsət ola bilər.

Əqrəb – Ciddi əhval-ruhiyyəyə köklənmək asan olmayacaq. Şübhəsiz ki, siz işə ara vermək istəyəcəksiniz. Ancaq şərait buna imkan verməyəcək və siz hələ də diqqətinizi işə cəmləməlisiniz. Unutmayın ki, təkbaşına işləmək lazım deyil. Köməkçiləri tapmaq asan olacaq. Hətta rəqiblər də sizə dəstək ola bilər. Günün ikinci yarısında ailə məsələlərinə fikir verməli olacaqsınız. Qohumlardan və ya dostlardan kiminsə köməyə ehtiyacı ola bilər. Burada improvizə etmək, tez düzgün qərarlar qəbul etmək bacarığınız faydalı olacaq.

Oxatan – Hətta xüsusi bir şey gözləmədiyiniz işgüzar görüşlər də uğurlu olacaq. Vaxtında təşəbbüsü ələ alan, məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyənlərə gün işdə uğurlar vəd edir. Həm həmkarlarınızın, həm də rəhbərliyin sizə böyük hörmətlə yanaşdığını, bu vaxta qədər sizi pisləyənlərin də sizə yaxın olmaq istədiyini görəcəksiniz. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Son zamanlar hamını narahat edən ailə problemlərinin necə həll olunacağı bəlli olacaq. Axşam sevdiyiniz insanla planlar qurmaq üçün əla vaxtdır.

Oğlaq – Gün iş üçün əlverişlidir. Fərqi yoxdur, yeni bir i olsun və ya tanış problemlərin həlli – istənilən halda nəticə əla olacaq. Uğurlu təsadüflər sizə yeni ideyalar verəcək. Nağd maliyyə daxilolmaları, o cümlədən gözlənilməz mənbələrdən maraqlı hədiyyələr ola bilər. Gün maliyyə əməliyyatları və alış-veriş üçün əlverişli olacaq. Maliyyə və əmlakla bağlı hər işdə intuisiyanıza arxalana bilərsiniz. Onun məsləhətləri dostların məsləhətindən daha faydalı olacaq.

Dolça – Günün başlanğıcı yüngül və ruhlandırıcı olacaq. Uzaqdan xoş xəbərlər, maraqlı təkliflər ola bilər. Onlar sizi xoşbəxt edəcək. Sizin üçün xüsusilə perspektivli və maraqlı görünən işlərə diqqət yetirmək imkanınız olacaq. İlk uğurlara nail olacaqsınız və məqsədə doğru düzgün yol seçdiyinizi dərk edəcəksiniz. Günün ikinci yarısı bir qədər gərgin keçəcək. Sakit qalmaq daha çətin olacaq, xırda şeylərə görə əsəbi ola bilərsiniz. İşlərin plana uyğun getməməsindən narahat ola bilərsiniz. Şübhəsiz ki, istirahət etmək istəyəcəksiniz, bir müddət narahatlıqlara ara verəcəksiniz. İstirahət fürsəti olacaq, ondan yararlanın.

Balıq – Səhər xırda şeylərə diqqət yetirməməyə çalışın. Bu vaxt bəzi vacib məsələlərin həlli, ciddi və irimiqyaslı işlərə başlamaq üçün daha münasibdir. Rəhbərlik və biznes tərəfdaşları ilə anlaşmaq nəzərəçarpacaq dərəcədə asanlaşacaq. Əvvəllər gözləmədiyiniz dəstəyi alacaqsınız. Günün ikinci yarısı sizin üçün əziz olan insanlarla ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Əvvəllər fikir ayrılıqları olubsa, indi onlara son qoya biləcəksiniz. Bəzi Balıqlar çox cazibədar təkliflər alacaqlar.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

“Mənim İsraildən Bakıya gəlişimin səbəbi qardaşım Albert Aqarunovun ad günüdür. Demək olar ki, Bakıya tez-tez baş çəkirəm, Azərbaycan bizim də Vətənimizdir. Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə qardaşımın döyüşdüyü Şuşa şəhərində oldum. Bu mənim üçün olduqca çətin və duyğulu anlar idi”.

Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının şəhidi, milliyətcə dağ yəhudisi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.

O bundan sonra tarixi Şuşada yaşamaq istədiyini bildirib:

“Məmnuniyyətlə Şuşada yaşamaq üçün müraciət etmək istəyərəm. Mən çox istərdim ki, işğaldan azad olunmuş bütün rayonları ziyarət edim, düşünürəm ki, arzum tezliklə gerçəkləşəcək.

Bilirəm ki, Azərbaycan xalqı Albertə çox dəyər verir. Buna görə də bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Azərbaycana və Şuşaya səfəri təşkil etdiyinə görə Dövlət Komitəsinə, başda sədr Fuad Muradova dərin təşəkkürümüzü bildiririk”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

     
Davamına bax

CƏMİYYƏT

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

     
Davamına bax

CƏMİYYƏT

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.

ShekiMedia.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

     
Davamına bax

Facebook

CƏMİYYƏT2 saat

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT10 saat

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT19 saat

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT21 saat

BÜRCLƏR – 09.05.2024

QAX22 saat

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN22 saat

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL22 saat

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN23 saat

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ24 saat

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT24 saat

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT1 gün

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR1 gün

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT1 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 gün

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT1 gün

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR1 gün

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET1 gün

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET1 gün

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT1 gün

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

MANŞET1 gün

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb – SİYAHI

XƏBƏRLƏR1 gün

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

CƏMİYYƏT1 gün

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

RƏSMİ XRONİKA1 gün

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub

XƏBƏRLƏR1 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

CƏMİYYƏT1 gün

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL1 gün

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

SİYASƏT1 gün

COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb

İDMAN1 gün

“Qarabağ” və “Neftçi” cərimələnib

XƏBƏRLƏR1 gün

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

CƏMİYYƏT1 gün

102 yaşlı veteran təltif edilib – FOTO

İDMAN1 gün

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

CƏMİYYƏT1 gün

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

SİYASƏT1 gün

Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb

MANŞET1 gün

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

SƏHİYYƏ1 gün

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

XƏBƏRLƏR1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)

ANA SƏHİFƏ1 gün

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO

XƏBƏRLƏR1 gün

Dələduzluq edən paytaxt sakini həbs edilib

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 08.05.2024

HƏRBİ24 saat

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT3 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

TREND