MƏDƏNİYYƏT
Çində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert keçirilib
Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan-Çin dostluq konserti” təşkil olunub.
Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.
Konsertdə xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı” instrumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqalarının əsərləri, xalq mahnıları və rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi” təqdim olunub.
İncəsənət ustalarımızın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlərə də bax
MANŞET
Əzim Əzimzadə – 144
MƏDƏNİYYƏT
“Azərbaycan xalqının xəzinəsi – Heydər Əliyev ” adlı şeir və mahnı müsabiqəsi keçirilib – FOTO
06.05.2024-cü il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəbləri arasında “Azərbaycan xalqının xəzinəsi – Heydər Əliyev ” adlı şeir və mahnı müsabiqəsi keçirilib.
Rayonun 66 təhsil ocağının təmsilçilərinin iştirak etdiyi müsabiqədə ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər və mahnılar səsləndirilib.
Qaliblər 10 may tarixində Heydər Əliyev Mərkəzinim sosial media səhifələrində elan ediləcək.
MƏDƏNİYYƏT
Animator-rəssam Mehriban Əliyevanın təqdimat mərasimi keçirilib
03.05.2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş şəkili gənc, animator-rəssam Mehriban Əliyevanın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində gənc rejissor Yusif Mustafayevin studio işləri təqdim edilib, həmçinin “Baxış”qrupunun yaradıcısı, gənc motivator Ərtur Baxışın “Gənc yaşda lider olmaq” mövzusunda həmyaşıdları ilə fikir mübadiləsi həyata keçirilib.
Qeyd etmək lazımdır ki, layihə yaradıcı şəxslərin formalaşmasının dəstəklənməsinə yönəlib.