Bizə qoşulun

XƏBƏRLƏR

Əhmədbəyli-Ağbənd avtomobil yolunun Zəngilan aeroportuna qədər olan hissəsi bu il başa çatdırılacaq

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanına qədər olan hissəsi tamamlanmaq üzrədir.

ShekiMedia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

“Böyük ehtimalla yol bu ilin sonuna qədər hazır olacaq. Hazırda yol üzərindəki 3 tuneldə betonlaşdırma işləri aparılır”, – deyə o qeyd edib.

Strateji əhəmiyyətə malik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yolun uzunluğu 124 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsinin 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.

C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrdə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.

     
Davamına bax

XƏBƏRLƏR

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan çıxdığı müəyyən edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.

“Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat vasitəsinin yük yerinin qapısına “Qırmızı Körpü” gömrük postunda vurulmuş gömrük təminat vasitəsi olan plomb və “GPS” qurğusu onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar (vintlər) sökülməklə ayrılıb. Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan, əksəriyyəti istehsal ili yeni və “Land Rover” markasına aid 70 adda ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib”, – DGK bildirir.

Məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

     
Davamına bax

CƏMİYYƏT

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə fərdi yaşayış evində 2 azyaşlı köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

     
Davamına bax

Facebook

SİYASƏT2 saat

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR3 saat

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT3 saat

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR4 saat

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT4 saat

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR4 saat

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET4 saat

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET5 saat

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT5 saat

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

MANŞET5 saat

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb – SİYAHI

XƏBƏRLƏR5 saat

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

CƏMİYYƏT6 saat

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

RƏSMİ XRONİKA6 saat

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub

XƏBƏRLƏR7 saat

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

CƏMİYYƏT8 saat

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT9 saat

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL10 saat

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

SİYASƏT10 saat

COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb

İDMAN10 saat

“Qarabağ” və “Neftçi” cərimələnib

XƏBƏRLƏR10 saat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

CƏMİYYƏT11 saat

102 yaşlı veteran təltif edilib – FOTO

İDMAN12 saat

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

CƏMİYYƏT12 saat

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

SİYASƏT12 saat

Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb

MANŞET13 saat

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

SƏHİYYƏ13 saat

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

XƏBƏRLƏR13 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)

ANA SƏHİFƏ13 saat

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO

XƏBƏRLƏR14 saat

Dələduzluq edən paytaxt sakini həbs edilib

CƏMİYYƏT21 saat

BÜRCLƏR – 08.05.2024

SİYASƏT1 gün

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub

RƏSMİ XRONİKA1 gün

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb

CƏMİYYƏT1 gün

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir – FOTOLAR

XƏBƏRLƏR1 gün

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 08.05.2024

XƏBƏRLƏR1 gün

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

CƏMİYYƏT1 gün

Bu gün Vətən müharibəsi Şəhidi Kazım Məmmədsalahovun doğum günüdür

SİYASƏT1 gün

Azərbaycanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

RƏSMİ XRONİKA1 gün

Azərbaycan-Slovakiya sənədləri imzalanıb

CƏMİYYƏT1 gün

Azərbaycanda 100 və daha çox yaşı olan pensiyaçıların sayı 280 nəfərdir

CƏMİYYƏT3 saat

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR7 saat

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL1 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

TREND