Bizə qoşulun

SİYASƏT

Fransada yaşayan soydaşlarımız Milli Assambleyaya etiraz məktubu ünvanlayıblar

Fransada yaşayan Azərbaycan əsilli fransızlar bu ölkənin Milli Assambleyasına etiraz məktubu ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, onlar Milli Assambleyanın noyabrın 28-də müzakirəyə çıxaracağı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinə xidmət etməyən və regionda sülhün bərqərar olmasına kölgə salan 388 saylı qətnamə layihəsini hüquqi və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək, fransız deputatlara məktub vasitəsilə qəti etirazlarını bildiriblər. Onlar həmin qətnamə layihəsinin müəlliflərinin qərəzli yanaşmasını sərt şəkildə qınayıblar.

Bildiriliblər ki, fransız deputatların bu addımı bu ölkədə uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir Azərbaycan əsilli fransız üçün ağır mənəvi zərbədir. Bu layihə fransızların tarixən mövcud olmuş “azadlıq, bərabərlik, qardaşlıq” ideyasına və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarması siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirlər.

“Azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana qarşı bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik kimi qəbul edilməlidir. Bu, həm beynəlxalq hüquqa, həm də sadə məntiqə ziddir”, – deyə məktubda bildirilib.

Qeyd olunub ki, Milli Assambleyaya təqdim olunmuş bu qətnamə layihəsi ilə multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən – Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlətə – işğalçı Ermənistana dəstək göstərilmiş olurlar.

Fransadakı soydaşlarımızın Milli Assambleyaya ünvanladıqları məktubda 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yummasına təəssüflənərək, illərdir yaşayıb uğurla fəaliyyət göstərdikləri ölkə tərəfindən belə qərəzli yanaşmanın təkrarlanmasına təəssüfləndiklərini bildiriblər.

“Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda, Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər “ədalətli” olduğunu bir daha sübut edir.

Əvvəlcə Senat tərəfindən qəbul edilmiş, indi də parlamentin aşağı palatasının müzakirəyə çıxarmağa hazırlaşdığı belə bir layihədə heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürülərək Azərbaycanın ittiham edilməsi, tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir”, – deyə fransız parlamentarilərinin qərəzli mövqeyinə etiraz bildirilib. Diqqətə çatdırılıb ki, təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa bununla beynəlxalq hüququn prinsiplərini növbəti dəfə kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir.

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata iki ildir əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terrorçu və təxribatçı siyasəti aparan Ermənistanı mənfur əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa sövq edəcək və qarşıdurma meyillərini gücləndirərək, bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.

Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmaq üçün təxribat cəhdidir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaradır və Aİ Şurasına fəaliyyətinə ziddir. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq, belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinə kölgə salır ki, bu da onun gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil.

Fransa azərbaycanlıları bir daha bəyan edirlər ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək, tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn, ədalətin də tələbi hər kəs üçün aydındır və hamı kimi, Fransa da bu tələbə hörmətlə yanaşmalıdır.

Fransada yaşayan soydaşlarımız məktubda Milli Assambleyanın üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra “ədalətli yanaşma” prinsipini bir daha nəzərdən keçirməyə çağırıblar.

 

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

     
Davamına bax

QAX

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

08 may 2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayon Heydər Əliyev Mərkəzinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib.

ShekiMedia.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müstəqil Azərbaycanın qurucusu, əvəzolunmaz lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə gənc nəsli tanış etmək olub.

Tədbirdə iştirakçılar arasında Heydər Əliyevin 101 illiyinə həsr olunmuş iki mərhələli intellektual yarış keçirilib.

Tədbirin sonunda Heydər Əliyevin həyatına həsr olunmuş ”Bir dahi ömrü “ və “ Tarix yazan imza “ adlı video çarx nümayiş etdirilib.

 

 

     
Davamına bax

ELM VƏ TƏHSİL

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.

Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.

“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.

     
Davamına bax

Facebook

CƏMİYYƏT3 saat

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT12 saat

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT21 saat

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT23 saat

BÜRCLƏR – 09.05.2024

QAX23 saat

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN24 saat

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL24 saat

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN1 gün

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ1 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 gün

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT1 gün

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR1 gün

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT1 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 gün

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT1 gün

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR1 gün

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET1 gün

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET1 gün

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT1 gün

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

MANŞET1 gün

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb – SİYAHI

XƏBƏRLƏR1 gün

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

CƏMİYYƏT1 gün

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

RƏSMİ XRONİKA1 gün

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub

XƏBƏRLƏR1 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

CƏMİYYƏT1 gün

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL1 gün

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

SİYASƏT1 gün

COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb

İDMAN1 gün

“Qarabağ” və “Neftçi” cərimələnib

XƏBƏRLƏR1 gün

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

CƏMİYYƏT1 gün

102 yaşlı veteran təltif edilib – FOTO

İDMAN1 gün

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

CƏMİYYƏT1 gün

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

SİYASƏT1 gün

Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb

MANŞET2 gün

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

SƏHİYYƏ2 gün

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

XƏBƏRLƏR2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)

ANA SƏHİFƏ2 gün

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO

XƏBƏRLƏR2 gün

Dələduzluq edən paytaxt sakini həbs edilib

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 08.05.2024

HƏRBİ1 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT3 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

TREND