SİYASƏT
Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi, Baş nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantının gündəliyinə 19 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”qanun layihəsi (ikinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş).
6. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
7. Gömrük Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
8. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
9. “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
10. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
11. Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
12. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
13. Əmək Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
14. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
15. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
16. “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
17. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14−17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
18. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
19. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib
9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.
1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.
1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.
1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
ALLAH RƏHMƏT ELƏSİN!
QAX
Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR
08 may 2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayon Heydər Əliyev Mərkəzinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib.
ShekiMedia.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müstəqil Azərbaycanın qurucusu, əvəzolunmaz lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə gənc nəsli tanış etmək olub.
Tədbirdə iştirakçılar arasında Heydər Əliyevin 101 illiyinə həsr olunmuş iki mərhələli intellektual yarış keçirilib.
Tədbirin sonunda Heydər Əliyevin həyatına həsr olunmuş ”Bir dahi ömrü “ və “ Tarix yazan imza “ adlı video çarx nümayiş etdirilib.
ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.