İDMAN
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib
“Qəbələ”nin futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib.
Klubun yaydığı məlumata görə, 29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb. Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib.
ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı, Fransa, Yunanıstan, Qırğızıstan, Sloveniya, Ukrayna, Özbəkistan, Serbiya, Qazaxıstan və fərdi neytral idmançılar olmaqla ümumilikdə 200-ə yaxın idmançı iştirak edib.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, həmçinin yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı iyunun 27-dən 30-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.
İDMAN
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.
Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.
İdmançılarımız məsul yarışa hazırlığı plan üzrə davam etdirirlər. Bunadək bir neçə beynəlxalq yarış və təlim-məşq toplanışına qatılan təmsilçilərimiz yarış ərəfəsində Çinin Şanxay şəhərində təşkil olunan toplanışda iştirak edəcəklər.
Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığma komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, Avropa birinciliyinə mayın 22-də start veriləcək.
İDMAN
“Qarabağ” və “Neftçi” cərimələnib
AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.
Buna komandalar arasında Premyer Liqanın XXXIII turunda baş tutan oyunda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi 1800 manat ödəməli olacaq. “Köhlən atlar” azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 1000 manat ziyana düşüb.
Görüşdə qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Yuri Matias ikisi şərti olmaqla, 4 matçlıq cəzalandırılıb. “Ağ-qaralar” 3000 manat cərimələnib, Matiasa isə 3 ay sınaq müddəti təyin edilib.
Bundan əlavə, paytaxt klubu tərəfdarların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsinə görə 1000 manat ödəyəcək və 10 oturacağın sındırılmasına görə stadiona dəyən zərəri də qarşılayacaq.
Qeyd edək ki, görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.