QƏBƏLƏ
Qəbələ və Şəkidə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – FOTOLAR|VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb.
Bu barədə ShekiMedia.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Qəbələ rayonu, Nic qəsəbəsi və Yengicə kəndi, həmçinin Şəki rayonu, Aşağı Göynük kəndi ərazilərində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla ağac kömürü istehsal edən dörd ocaqxana aşkar edilib.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Qeyd olunanları nəzərə alaraq, qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılaraq, “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nəticədə fərdi yaşayış evində 2 azyaşlı köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.
CƏMİYYƏT
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir – FOTOLAR
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.
ShekiMedia.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.
A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.