ANA SƏHİFƏ
Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək
İyunun 5-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün iyunun 3-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
Digər xəbərlərə də bax
ANA SƏHİFƏ
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
ANA SƏHİFƏ
Sabahın HAVA PROQNOZU – 05.04.2024
Aprelin 5-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
ANA SƏHİFƏ
Ötən gün vətəndaşlardan silah və qumbaralar götürülüb
Polis əməkdaşları ötən gün vətəndaşlardan silah və qumbaralar götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd qumbara, 2 patron darağı, 9 ədəd müxtəlif markalı tüfəng və 226 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.