BALAKƏN
Sentyabr ayı üçün nazirlərin qəbul günləri açıqlanıb – SİYAHI
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Qəbul cədvəlini təqdim edirik:
S/n | Qəbulun keçirildiyi
şəhər, rayon |
Əhatə olunan
şəhər və rayonlar |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu | Qəbulun keçirildiyi
gün |
1. | Xaçmaz | Xaçmaz, Quba, Qusar | Baş prokuror
Kamran Əliyev |
02 |
2. | Qəbələ | Qəbələ, Oğuz | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Ruslan Əliyev |
05 |
3. | Siyəzən | Siyəzən, Şabran, Xızı | Baş prokuror
Kamran Əliyev |
08 |
4. | Abşeron | Abşeron, Zəngilan | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova |
08 |
5. | Qax | Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | 09 |
6. | Şəki | Şəki, Qax, Zaqatala, Balakən | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | 09 |
7. | Ağdaş | Ağdaş, Göyçay | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
Zaur Mikayılov |
09 |
8. | Salyan | Salyan, Neftçala | “Azərişıq” ASC-nin sədri
Vüqar Əhmədov |
09 |
9. | Zaqatala | Zaqatala, Qax | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | 12 |
10. | Kürdəmir | Kürdəmir, Ucar, Göyçay, Zərdab | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı |
14 |
11. | Sabirabad | Sabirabad, Saatlı, İmişli, Kürdəmir | Ali Məhkəmənin sədri
Ramiz Rzayev |
16 |
12. | Zaqatala | Zaqatala, Balakən, Qax | Ədliyyə naziri
Fikrət Məmmədov |
16 |
13. | Balakən | Balakən, Zaqatala | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | 16 |
14. | Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı | Energetika naziri
Pərviz Şahbazov |
16 |
15. | Hacıqabul | Hacıqabul, Şirvan | Fövqəladə hallar naziri
Kəmaləddin Heydərov |
16 |
16. | Qazax | Qazax, Ağstafa, Tovuz | Kənd təsərrüfatı naziri
İnam Kərimov |
16 |
17. | Balakən | Balakən, Zaqatala | Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Şahin Bağırov |
16 |
18. | Tərtər | Tərtər, Ağdam, Ağcabədi, Bərdə | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Arzu Rəhimov |
22 |
19. | Qax | Qax, Balakən, Zaqatala | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən
İlham Mirzəliyev |
22 |
20. | Xızı | Xızı, Siyəzən | Əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev |
23 |
21. | Yevlax | Yevlax, Mingəçevir | İqtisadiyyat naziri
Mikayıl Cabbarov |
23 |
22. | Ağdaş | Ağdaş, Göyçay, Ucar, Zərdab | Mədəniyyət naziri
Anar Kərimov |
23 |
23. | Sabirabad | Sabirabad, Saatlı, İmişli | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev |
23 |
24. | Qazax | Qazax, Ağstafa, Tovuz | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov |
23 |
25. | Şəmkir | Şəmkir, Gədəbəy | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Zaur Əliyev |
23 |
26. | Şəki | Şəki, Qax | Gənclər və idman naziri
Fərid Qayıbov |
24 |
27. | Salyan | Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar | Elm və təhsil naziri
Emin Əmrullayev |
28 |
28. | Masallı | Masallı, Yardımlı | “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən
Köçərli Həsənov |
28 |
29. | Gəncə | Gəncə, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər | Daxili işlər naziri
Vilayət Eyvazov |
30 |
Digər xəbərlərə də bax
BALAKƏN
Balakəndə kömür sexində yanğın baş verib
Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində yanğın olub.
Hadisə gecə saat 3 radələrində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
BALAKƏN
Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib – FOTOLAR
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
ShekiMedia.az xəbər verir ki, tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.
BALAKƏN
Balakəndə “Əsgərə məktub” kampaniyası başladılıb
Balakən rayon təhsil sektorunun təşəbbüsü ilə “Əsgərə məktub” kampaniyası başladılıb.
ShekiMedia.az xəbər verir ki, kampaniyada 700-dən çox məktəbli, habelə təhsil işçiləri və şəhid ailələri iştirak edib.
Qeyd edək ki, kampaniya çərçivəsində yazılan məktublar işğaldan azad olunan ərazilərdə xidmət edən əsgərlərimizə çatdırılmaq üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təhvil verilib.