XARİCİ XƏBƏRLƏR
Zelenski Türkiyəyə səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib.
Zelenski əsasən həmkarı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırır.
Bu barədə Ukrayna dövlət başçısının “Telegram” kanalında paylaşım edilib.
“Türkiyədə məhsuldar bir günü başa vururuq:
Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar, Sülh formulu, NATO sammiti, Təhlükəsizlik zəmanətləri və taxıl təşəbbüsü ilə bağlı mövqelərin koordinasiyası, Ukraynanın bərpası, müəssisələrimiz arasında müdafiə müqavilələri”, – deyə Zelenski paylaşımda qeyd edib.
Digər xəbərlərə də bax
XARİCİ XƏBƏRLƏR
Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden və İordaniya Kralı II Abdullah Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdəki münaqişə və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident və Kral II Abdullah Qəzzadakı mövcud inkişafları müzakirə etdilər və böhranın sona çatması üçün birlikdə çalışmağa sadiqliklərini təsdiqlədilər”, – açıqlamada deyilir.
Məlumata görə, liderlər söhbət zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan bütün girovların azad edilməsinin zəruriliyini və Fələstin anklavına humanitar yardımın çatdırılmasını artıracaq atəşkəsə nail olmağın vacibliyini qeyd ediblər.
Bayden və II Abdullah həmçinin Fələstin dövlətinin yaradılması və İsrailə təhlükəsizlik zəmanəti verməklə bölgədə uzunmüddətli sülhə nail olmağa sadiq olduqlarını bildiriblər. Bundan əlavə, onlar İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər və Fələstin Milli Administrasiyasının həyata keçirdiyi islahatları dəstəklədiklərini bildiriblər.
XARİCİ XƏBƏRLƏR
Tayvanda zəlzələdə azı 4 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb
Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.
Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.
XARİCİ XƏBƏRLƏR
III Çarlz ölümü ilə bağlı şayiələrdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Böyük Britaniyanın kralı III Çarlz ölümü ilə bağlı şayiələrdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
“Daily Mail” qəzeti öz saytında kralın bu gün çəkilmiş fotoşəkillərini dərc edib.
Qeyd edək ki, onun şəkilləri Vindzor qəsrini tərk edərək “Clarence House”a gedərkən çəkilib.