QAX
Saleh Məmmədov Qaxda vətəndaşları qəbul edib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qax rayonunda vətəndaşları qəbul edib.
Qəbul Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilib.
Qəbulda Qax və Şəki rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
S.Məmmədov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Digər xəbərlərə də bax
QAX
Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR
08 may 2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayon Heydər Əliyev Mərkəzinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib.
ShekiMedia.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müstəqil Azərbaycanın qurucusu, əvəzolunmaz lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə gənc nəsli tanış etmək olub.
Tədbirdə iştirakçılar arasında Heydər Əliyevin 101 illiyinə həsr olunmuş iki mərhələli intellektual yarış keçirilib.
Tədbirin sonunda Heydər Əliyevin həyatına həsr olunmuş ”Bir dahi ömrü “ və “ Tarix yazan imza “ adlı video çarx nümayiş etdirilib.
MƏDƏNİYYƏT
Animator-rəssam Mehriban Əliyevanın təqdimat mərasimi keçirilib
03.05.2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş şəkili gənc, animator-rəssam Mehriban Əliyevanın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində gənc rejissor Yusif Mustafayevin studio işləri təqdim edilib, həmçinin “Baxış”qrupunun yaradıcısı, gənc motivator Ərtur Baxışın “Gənc yaşda lider olmaq” mövzusunda həmyaşıdları ilə fikir mübadiləsi həyata keçirilib.
Qeyd etmək lazımdır ki, layihə yaradıcı şəxslərin formalaşmasının dəstəklənməsinə yönəlib.
CƏMİYYƏT
Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub – FOTOLAR
Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12,5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib, yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihə üzrə yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb, 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.
Tikinti çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa olunub.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.